Dünya

ABŞ Quantanamo həbsxanasında saxlanılan yeganə əfqan məhbusu azad edəcək

ABŞ Quantanamo həbsxanasında saxlanılan yeganə əfqan məhbusu azadlığa buraxmağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “The Khaama Press” agentliyi məlumat yayıb.
40 yaşlı Əsədullah Harunqulanın azad edilmə qərarı ekstremist qruplara rəhbərlik etməməsi ilə izah olunur.
Qeyd edək ki, Harun Əl-Əfqani kimi də tanınan dustaq 2007-ci ildə ekstremist qruplarla əlaqədə olmaq ittihamı ilə həbs edilmişdi.
Harunqula 900-ə yaxın günahsızlıq məktubu yazsa da, bu illər ərzində əfv edilməyib.
2020-ci ildə Harunqulanın ağır depressiyadan əziyyət çəkdiyi də bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button