İqtisadiyyat

ABŞ qlobal qaz qiymətlərinin volatil olacağını proqnozlaşdırır

ABŞ və Avropadakı anbarlarda qaz ehtiyatlarının aşağı səviyyədə olması və mövsümi tələbatda olan qeyri-müəyyənliklər səbəbindən önümüzdəki aylarda “mavi yanacağın” qiymətləri volatil olaraq qalacaq.
Bu barədə “APA-Economics” ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatına istinadən xəbər verir.
“Həm ABŞ, həm də Avropada qaz anbarlarında ehtiyatların aşağı səviyyədə olması və mövsümi tələbatın qeyri-müəyyənliyi nəzərə alınmaqla, qaz qiymətlərinin dəyişkənliyinin önümüzdəki aylarda da davam edəcəyini gözləyirik. Qış temperaturu tələbatın və qiymət səviyyəsinin əsas drayveri olacaq”, – hesabatda qeyd olunur.
Qeyd edək ki, artıq bir neçə aydır, Avropa anbarlarında doluluq səviyyəsinin aşağı olması və Asiyada qaza tələbatın rekord səviyyədə artması fonunda “mavi yanacağın” qiyməti artır.
Xatırladaq ki, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 900 ABŞ dolları həddini aşıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button