Dünya

ABŞ qızılca xəstəliyi səbəbindən Əfqanıstandan təxliyəni dayandırıb

ABŞ qızılca xəstəliyi səbəbindən Əfqanıstandan təxliyəni dayandırıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb.
Psakinin dediyinə görə, Əfqanıstandan təxliyə edilənlər arasında 4 nəfər qızılca xəstəliyinə tutulub.
“Uçuşlar tibbi nəzarət məntəqəsinin tələbi ilə müvəqqəti olaraq dayandırılır”, – Psaki əlavə edib.
Xatırladaq ki, Əfqanıstandan ABŞ-a sonuncu reys dünən təşkil olunub və daha 21 nəfər ABŞ-a yola salınıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button