Dünya

ABŞ prezidenti əfqanıstanlı həmkarı ilə telefonla danışıb

ABŞ prezidenti Co Baydenin Əfqanıstan prezidenti Əşrəf Qani ilə telefon danışığı olub.
“Report” xəbər verir ki, Əfqanıstan lideri bu barədə tvitter səhifəsində yazıb.
“Bu gecə prezident Baydenlə telefonla danışdım. O əmin etdi ki, Əfqanıstan ordusuna dəstək davam edəcək”, – deyə Qani yazıb.
Qeyd olunub ki, liderlər iki dövlət arasında əməkdaşlıq, Əfqanıstan hökumətinə və silahlı qüvvələrə iqtisadi, diplomatik dəstək məsələlərini də müzakirə ediblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button