Dünya

ABŞ polisi Ali Məhkəmə yaxınlığında şübhəli avtomobili partladıb, saxlanılan var

Vaşinqtonda ABŞ-ın Ali Məhkəməsinin binası yanında şübhəli kişi saxlanılıb.
“Report” bu Kapitoli Polisinin tviterinə istinadən xəbər verir.
Bildirilir ki, Kapitoli Polisi bölmələrindən birinin əməkdaşları avtomobildən kişini çıxarıblar.
“O həbs edilib”, – xəbərdə deyilir.
Polisdən bildirilib ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Daha əvvəl Amerika mediası yazıb ki, asayiş keşikçiləri Birləşmiş Ştatların Ali Məhkəməsinin binası yaxınlığında şübhəli avtomobildə “nəzarət edilən partlayış”ı həyata keçiriblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button