Dünya

ABŞ ötən il hərbçilər arasında intiharların artaraq 580-ə çatdığını açıqlayıb

ABŞ Müdafiə Nazirliyi Amerika hərbi qulluqçularının intiharlarının sayının artımını qeydə alıb.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun illik məruzəsində deyilir.
Qeyd edilir ki, 2020-ci ildə 580 hərbçi özünə qəsd edib.
Sənəddən göründüyü kimi, ötən il hərbi hissələrdə 384 hərbçi, o cümlədən quru qoşunlarında – 175, Hərbi Hava Qüvvələrində – 81, Hərbi Dəniz Qüvvələrində – 66 və Piyada Dəniz Qoşunu Korpusunda 62 nəfər özünə qəsd edib. Eyni zamanda Milli qvardiyanın və ehtiyatda olan döyüşçülər arasında 196 intihar qeydə alınıb.
“Etiraf edirik ki, göstəricilər istənilən istiqamətdə dəyişmir və ordunun bütün bölmələrində intiharların sayını azaltmaq üçün çalışmaq niyyətimizi bir daha təsdiqləyirik”, – hesabatda deyilir.
Əvvəlki analoji sənədlərə əsasən 2018-ci ildə Amerikanın 541, 2019-cu ildə 498 hərbi qulluqçusu intihar edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button