İqtisadiyyat

ABŞ noyabrda neft hasilatını artıracaq

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, noyabrda ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.
“APA-Economics”in ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 77 min barel və ya 0,9% artaraq 8,219 mln. barelə çatacaq.
Məlumata görə, hasilat üzrə əsas artım “Permian”, “Eagle Ford”, “Appalachia” və “Niobrara” yataqlarının payına düşəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button