Dünya

ABŞ müdafiə naziri Gürcüstana səfər edəcək

ABŞ-ın müdafiə naziri Lloyd Austin gələn həftə Ukrayna, Gürcüstan və Rumıniyaya səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Müdafiə Departamentinin mətbuat katibi Con Kirbi məlumat verib.
O bildirib ki, Pentaqon rəhbəri daha sonra NATO müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə yollanacaq.
Səfərin dəqiq tarixi hələ açıqlanmır.
Qeyd edək ki, NATO müdafiə nazirlərinin Brüssel toplantısı 21-22 oktyabr tarixinə planlaşdırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button