Dünya

ABŞ MKİ-nin Kiyevdəki ofisinin yerini dəyişib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Ukraynadakı ofisinin yerini müvəqqəti olaraq Kiyevdən köçürüb.

Bunu “Times” qəzeti yazıb.

Ofisin haraya köçürüldüyü haqda məlumat yoxdur. Nəşrin məlumatına görə, bu addım ABŞ-ın Rusiyanın Ukraynadakı fəaliyyətinə dair məlumatlar toplanmasını çətinləşdirəcək.

Qeyd edək ki, son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səsləndirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız adlandırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button