İdman

ABŞ millisinin məşqçisi qəzada ölüb

Qadın rapiraçılardan ibarət qılıncoynatma üzrə ABŞ millisinin məşqçisi Entoni Liç vəfat edib.
Apasport.az saytının məlumatına görə, mütəxəssis 62 yaşında ölüb.
Onun ölümünə qəza səbəb olub. Motosikletlə hərəkət edən Liç qəzada dünyasını dəyişib.
Mütəxəssis beş Olimpiadada (1996, 2000, 2004, 2016 və 2020) ABŞ yığmasını çalışdırıb. Tokio-2020-də onun yetirməsi Li Kifer ABŞ tarixində bu növdə ilk qızıl medalı qazanıb.
Qeyd edək ki, Liç 2013-cü ildə ABŞ Qılıncoyatma Şöhrət zalına daxil edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button