Dünya

ABŞ kəşfiyyatı yeni koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb

ABŞ kəşfiyyatı yeni koronavirusun bioloji silah kimi yaradılmadığına inanır. Birləşmiş Ştatlar kəşfiyyatı hesab etmir ki, yeni koronavirus bioloji silah kimi yaradılıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat Direktoru Aparatının saytında dərc olunmuş hesabatda deyilir.
“Hesab edirik ki, virus bioloji silah kimi hazırlanmayıb”, – sənəddə deyilir.
Ölkənin kəşfiyyat orqanlarının əksəriyyəti də virusun “ola bilsin, genetik olaraq dəyişdirilmədiyini” güman edir. Bununla belə, kəşfiyyat orqanı hesab edir ki, bu cür qiymətləndirmələr üçün “kifayət qədər məlumat yoxdur”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button