Dünya

ABŞ İordaniyaya 4,21 milyard dollarlıq “F-16” satacaq

ABŞ Dövlət Departamenti İordaniyaya 4,21 milyard dollarlıq “F-16” qırıcılarının satılmasını təsdiqləyib.

Bu barədə ABŞ-ın Müdafiə Nazriliyi fevralın 4-də yazılı açıqlama yayıb.

Bildirilib ki, Dövlət Departamenti 12 ədəd “F-16 C Block 70” qırıcısının və 5 ehtiyat mühərrikinin satılması ilə bağlı İordaniyanın sorğusunu təsdiqləyib.

ABŞ Konqresi 30 iş günü ərzində Dövlət Departamentinin qərarına etiraz etməzsə satışın icrasına başlanılacaq.

Məlumata görə, Dövlət Departamenti İordaniya ilə yanaşı, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanına da silah satışına dair sənədi təsdiqləyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button