Dünya

ABŞ-ın yeni rəhbərliyi İrana qarşı sanksiyalar tətbiq etmək siyasəti davam etdirib -Nazir

“Vyanada ABŞ-ın ambisiyaları ucbatından uğursuzluğa düçar olmuş altı raund intensiv danışıqlardan sonra biz indi danışıqların yeni mərhələsinə başlamaq ərəfəsindəyik. Bu danışıqların əsas məqsədi İran xalqının hüquqlarını reallaşdırmaq və bütün sanksiyaları aradan qaldırmaqdır”.

İstiqlal.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Vyanada  Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə dair danışıqlarla bağlı məqaləsində qeyd edib. Nazir vurğulayıb ki, bu sanksiyalar İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən çıxan Birləşmiş Ştatlar tərəfindən  birtərəfli və ekstraterritorial olaraq tətbiq edilib.

Onun fikrincə, ABŞ-ın yeni administrasiyasının fəaliyyətə başlamasına  baxmayaraq, nəinki bütün qeyri-qanuni və birtərəfli sanksiyalar qüvvədə qaldı, hətta İrana qarşı sanksiyalar tətbiq etmək siyasəti davam edib. İran İslam Respublikasının nüvə danışıqları qrupu xoş məram ,  ciddi mövqe və İran xalqının mənafeyinə və hüquqlarına xidmət edən danışıqlar məntiqi ilə Vyanada danışıqlar masası arxasında fəal şəkildə iştirak edir: “Həmkarlarım və mən də bu sahədə geniş danışıqlar təcrübəsinə malik olan danışıqlar qrupunun rəhbəri  Dr.Bağerini tam dəstəkləyirik və lazım gələrsə, bununla əlaqədar həmkarlarımla daha çox məsləhətləşmələri həyata keçirəcəyik” .

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button