İqtisadiyyat

ABŞ-ın neft ehtiyatlarının azalması davam edir

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 2 882 min barel azalaraq 422 513 min barel təşkil edib.
“APA-Economics”in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 832 min barel azalacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button