Dünya

ABŞ-ın enerji naziri: “Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq”

ABŞ dinc məqsədlərlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın enerji naziri Cennifer Qrenholm Varşavada keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, ölkəsi nüvə texnologiyasını inkişaf etdirmək üçün Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumətləri və özəl investorlarla işləməyə hazırdır.
“Bayden rəhbərliyi daha çox karbonsuz enerji istehsal edəcəyimizə inanır”, – Qrenholm bildirib.
Onun sözlərinə görə, bir çox ölkələr hələ də Paris anlaşmasına əsasən zərərli tullantıları azaltmaq üçün nüvə enerjisinin əhəmiyyətini anlamırlar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button