Dünya

ABŞ-ın dövlət katibi fransalı həmkarı ilə telefonla danışıb

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Jan-İv le Drian arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.
Onun sözlərinə görə, tərəflər Hind-Sakit okean regionu daxil olmaqla, əməkdaşlığın daha da dərinləşdirilməsini müzakirə ediblər, uzunmüddətli perspektivdə Saheldə terrorizm qarşı mübarizə səylərini dəstəkləmək öhdəliyini bir daha təsdiq ediblər.
Bundan başqa, NATO, eləcə də Avropa İttifaqının təhlükəsizlik və müdafiə məsələləri diqqət mərkəzində olub.
Telefon söhbəti ABŞ Prezidenti Cozef Baydenlə Fransa Prezidenti Emannuel Makron arasında cümə günü Romada planlaşdırılan danışıqlardan əvvəl baş tutub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button