Dünya

ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxub

ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın koronavirus testinin cavabı müsbət çıxıb.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, nazir hər iki dozada tam peyvənd olunub.
Alexandro Mayorkas bundan sonra özünü təcrid edəcək və ev şəraitində çalışacaq.
Qeyd edilir ki, Mayorkasın ABŞ dövlət katibi Entoni Blinkenlə birlikdə Kolumbiyaya səfəri nəzərdə tutulurdu.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button