Dünya

ABŞ hipersəsli silahın sınağını Rusiyaya görə təxirə salıb

Bu ilin iyun ayında Cenevrədə keçirilmiş Rusiya-Amerika sammitinə bir həftədən az qalmış Ağ Ev, Rusiya ilə gərginlik yaratmamaq üçün Pentaqona ABŞ-ın hipersəs silahlarının çoxdan planlaşdırılan sınaqlarını təxirə salmağı əmr edibmiş.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti ABŞ ordusu və Konqresindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden həmin anda Rusiya lideri Vladimir Putinlə çətin danışıqlara hazırlaşırdı və Amerika administrasiyası sammit öncəsi bu cür təxribat xarakterli sınaqların Moskvaya yanlış siqnal verə biləcəyindən, hətta danışıqların pozulmasına səbəb ola biləcəyindən narahat idi.
Öz növbəsində, Ağ Ev bu məlumatla razılaşmayıb və bunun etibarlı olmadığını vurğulayıb. Pentaqon hələlik bu mövzuya rəsmi münasibət bildirməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button