Dünya

ABŞ Hərbi Hava Qüvvələrinin ən öldürücü texnikasının siyahısı açıqlanıb

ABŞ Hərbi Hava Qüvvələrinin ən öldürücü silahlarının reytinqini təqdim edib.
“Report” xəbər verir ki, bu barədə “19fortyfive” portalı məlumat yayıb.
Siyahıda tez-tez “bütün bombaların anası” adlandırılan GBU-43/B MOAB yüksək partlayıcı bombası da var.

Məqalənin müəllifi, ABŞ ordusunun keçmiş zabiti Brent Eastvud Hərbi Hava Qüvvələrinin ixtiyarında on beş bu cür bombanın olduğunu iddia edir. Onlardan hər birinin çəkisi təxminən on tondur.
Siyahıda sonra “B-2” bombardmançısı gəlir. Təyyarənin bütün komponentləri, istehsal avadanlıqları və sınaq proqramları sıfırdan hazırlanıb.

Bununla yanaşı, siyahıda “Lockheed Martin F-35 Lightning II” və “F-22 Raptor” qırıcı təyyarələri da verilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button