Dünya

ABŞ Gürcüstanla müdafiə sahəsində saziş imzalayıb

Tbilisidə Gürcüstan və ABŞ-ın müdafiə nazirlikləri arasında saziş imzalanıb.
“Report”un yerli bürosu xəbər verir ki, sənədi müdafiə nazirləri – Cuanşer Burçuladze və Lloyd Austin imzalayıblar.
Saziş Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilib.
C.Burçuladze deyib ki, ABŞ-la möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafı, həmçinin bölgədə sülh və təhlükəsizliyin qorunmasına imkan verir: “ABŞ-la strateji əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq”.
Pentaqon rəhbəri isə öz növbəsində bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir: “Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcəyik, ölkənin NATO ilə əməkdaşlıq potensialını gücləndirəcəyik və qarşılıqlı fəaliyyəti təşviq edəcəyik”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button