Dünya

ABŞ eksperti: “Gürcüstan qonşuları ilə praqmatik münasibətləri davam etdirməlidir”

“Gürcüstan qonşuları ilə praqmatik münasibətləri saxlamalı və avrointeqrasiya kursunu davam etdirməlidir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ-ın “Heritage Fondu”nun Beynəlxalq Əlaqələr üzrə direktoru Lyuk Koffi Gürcüstan radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələrlə yaxşı münasibətləri qoruyub saxlamalıdır: “Gürcüstan Azərbaycan, Ermənistan və Türkiyə ilə praqmatik münasibətlər üçün bütün səylərindən istifadə etməlidir. Eyni zamanda Avropaya inteqrasiya istiqamətində yolunu davam etdirməlidir”.
L.Koffi hesab edir ki, “3+3” platforması Gürcüstan üçün qəbuledilməzdir və bu format ölkəyə heç nə verməyəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button