Siyasət

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Azərbaycana səfərə gəlir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Erika Olson Azərbaycana səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək və aprelin 27-28 Bakıda missiya rəhbərlərinin konfransına qatılacaq.

“Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə İcraçı Koordinatoru Qreq Naarden və Qafqaz danışıqlarına dair Baş məsləhətçi Endryu Şofer iştirak edirlər. Bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq keçirilir. Son konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018 illərdə keçirilən konfransları təşkil etmişdi. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib”, – səfirliyin məlumatında bildirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button