İqtisadiyyat

ABŞ dollarının möhkəmlənməsi fonunda neft ucuzlaşıb

Bahalaşan ABŞ dollarının təzyiqi altında neftin qiyməti aşağı düşüb.

Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,37% ucuzlaşaraq, 1 bareli 91,07 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,23% aşağı düşərək, 1 bareli 89,67 ABŞ dolları təşkil edib.

İndeksi 0,45% artaraq, 95,98 bəndə çatmış güclü ABŞ dolları neft bazarında mənfi dinamikaya səbəb olub.

Bu sıçrayışa ABŞ-da 1982-ci ilin fevral ayından sonra rekord səviyyədə inflyasiyanın müşahidə olunması səbəb olub. Belə ki, ötən ay ilə müqayisədə istehlak qiymətlərində artım illik ifadədə 7%-dən 7,5%-dək sürətlənib. Təkcə yanvar ayında isə qiymətlər 0,6% artıb.

Yüksək inflyasiya səviyyəsi ABŞ-ın Federal Ehtiyatlar Sistemini (FES) baza faiz dərəcəsini tezliklə artırmağa vadar edəcək ki, bu da milli valyuta üçün müsbət haldır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button