Dünya

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

Amerikanın Luiziana ştatınında yerləşən Qremblinq universitetinin həyətində atışma baş verib.
Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.
Universitet nümayəndəsi Tişa Arnold bildirib ki, silah səsləri yerli vaxtla bazar günü, saat 01.15-də (Bakı vaxtı ilə – 10:15) eşidilib. Onun sözlərinə görə, atışma nəticəsində bir nəfər ölüb, yaralılar da var:
“Hadisə məzunların yığıncağı zamanı baş verib. Dərhal tələbələr sığınacağa göndərilib. Polisin məlumatından sonra tələblər sığınacaqdan buraxılıb. Ölən şəxs isə tələbə deyil”. Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button