Dünya

ABŞ-da təyyarə qəzaya uğrayaraq yanıb, ölənlər var

ABŞ-da təyyarə qəzası baş verib.
“Report”un məlumatına görə, bu barədə KTVN 2 telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Kaliforniyada, Traki-Taxo hava limanında qeydə alınıb.
Telekanalın hadisə ilə bağlı yaydığı videoda təyyarənin düşdüyü yerdə güclü yanğının baş verdiyi əks olunur.
Qeyd edilir ki, hadisə zamanı hava gəmisində bir neçə nəfər olub. Onların hamısının qəzada həlak olduğu ehtimal edilir.
Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button