Dünya

ABŞ-da polis İŞİD təhlükəsi ilə əlaqədar təhlükəsizliyi gücləndirir

ABŞ-ın Virciniya ştatının polisi İŞİD terror qruplaşmasının potensial təhlükəsi səbəbindən paytaxta yaxın ərazilərdə nəzarəti artırıb.
“Report” xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları Vaşinqton ətrafında yerləşən ticarət mərkəzləri üçün potensial təhlükə barədə xəbərdarlıq alıb.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsini polisin özü də təsdiqləyib. “Biz bütün dairədə, o cümlədən əsas magistrallarda, tranzit mərkəzlərində və ticarət mərkəzlərində polis əməkdaşlarının sayını artırdıq”, – Feyrfaks dairəsinin polis rəisi Kevin Davis deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button