İqtisadiyyat

ABŞ-da neft hasilatı 2030-cu ilə pik həddə çatacaq

ABŞ 2022-ci ildən 2030-cu ilə qədər hasilat zirvəsinə çatana qədər neft istehsalını aktiv şəkildə bərpa etməyə başlayacaq.
Bu barədə “APA-Economics” OPEC-in “World Oil Outlook” (WOO) illik hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ABŞ ortalama gündəlik neft hasilatının 2020-ci ildə qeydə alınmış 11,5 mln. bareldən 2026-cı ildə 14,8 mln. barelədək artıracaq. Proqnozlaşdırılır ki, ölkə neft hasilatının ən yüksək zirvəsinə (gündəlik 15,2 mln. barel) 2020-ci illərin axırlarında çatacaq.
Ehtimal edilir ki, 2020-ci illərin sonlarına ABŞ-da maye karbohidrogenlərin ümumi ortalama gündəlik istehsalı 20,5 mln. barelə çatacaq, 2045-ci il üçün isə bu göstərici azalaraq 16,9 mln. barel səviyyəsində olacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button