Dünya

ABŞ-da məktəbdə atışma törədən şəxs saxlanılıb

ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə atışma törədən şəxs saxlanılıb.
Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.
Məlumata görə, polis tərəfindən saxlanılan şəxs 18 yaşlı Timoti Simpkinsdir. 
“O, hazırda Arlinqtonda həbsdədir. Və indi detektiv onu danışdırır”, – Arlinqton Polis İdarəsi rəisinin köməkçisi Kevin Kolbe bildirib.
Polis rəsmisinin sözlərinə görə, atışma zamanı xəsarət alan yaralılardan biri cərrahi əməliyyat edilib, gənc özünü yaxşı hiss edir.
Qeyd edək ki, atışma nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları, eləcə də təcili yardım maşınları cəlb olunub.

#BREAKING: Police confirm multiple people shot at Timberview High School in #Arlington in @mansfieldisd. https://t.co/Xq6eU0BiI0 pic.twitter.com/CY4dM9V3aH— NBC DFW (@NBCDFW) October 6, 2021
19:50
ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə atışma baş verib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Atışma nəticəsində 4 nəfərin yaralandığı bildirilir.
Hadisə yerində polis əməkdaşları, eləcə də bir neçə təcili yardım maşını var.
Başqa detallar hələlik açıqlanmır.



REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button