Dünya

ABŞ-da koronavirusa yoluxanların sayı 44 milyonu keçib

ABŞ-da son sutka ərzində koronavirusa 94 668 yoluxma və 1 904 ölüm faktı qeydə alınıb.
“Report” pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ABŞ-da indiyə qədər 44 060 366 nəfər COVID-19 infeksiyasına yoluxub, 33 520 958 pasiyent sağalıb.
Müalicə alan 711 668 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Aktiv xəstələrin sayı isə 9 827 740 nəfərdir. Onlardan 21 296-sının vəziyyəti ağır qiymətləndirilir.
ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button