Dünya

ABŞ-da Kolombo mafiya klanının rəhbəri həbs edilib

ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Nyu-York polisi məşhur Kolombo mafiya klanının rəhbəri Endryu Russonu həbs edib.
“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Mafiya başçısı ilə yanaşı, klanın daha 9 üzvü və onlarla əlaqəli olan 12 nəfər saxlanılıb. Onlar korrupsiya və fırıldaqçılıqda şübhəli bilinirlər.
Bu gün məhkəmədə saxlanılanlara qarşı ittiham irəli sürüləcək.
Qeyd edək ki, Kolombo ailəsi Nyu-Yorkdakı mütəşəkkil cinayətlərə nəzarət edən ən böyük beş mafiya qrupundan biridir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button