İqtisadiyyat

ABŞ-da ehtiyatların azalması xəbəri neftin bahalaşmasına səbəb olub

Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neft qiymətləri artıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,34% bahalaşaraq, 1 bareli 89,46 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti 0,31% artıb və 1 bareli 88,47 ABŞ dolları təşkil edib.

API-nin məlumatına əsasən, yanvarın 28-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 1,6 milyon barel azalıb.

ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər hesab edirlər ki, nazirlik ehtiyatların 1,5 milyon barel artdığını bəyan edəcək.

İnvestorlar OPEC+ alyansının bu günə planlaşdırılmış növbəti iclasını gözləyirlər. Alyans üzvləri neftin mart ayındakı hasilatı ilə bağlı qərar qəbul edəcək. OPEC+ alyansının neft hasilatını planlaşdırıldığı kimi hər ay gündəlik 400 min barel artırılmasına sadiq qalacağı gözlənilir.

ABŞ dollarının zəifləməsi də neft qiymətlərinə müsbət təsir göstərir. ABŞ dollarının indeksi 0,13% azalaraq, 96,26 bəndə düşüb. ABŞ dollarının ucuzlaşması nefti digər valyuta istifadəçiləri üçün daha əlçatan edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button