Dünya

ABŞ-da avtomobil yarışında qəza baş verib, ölənlər və xəsarət alanlar var

ABŞ-ın Texas ştatının Kurvil şəhərində keçirilən avtomobil yarışında qəza olub.
“Report” xəbər verir ki, bu barədə yerli polis feysbuk səhifəsində məlumat yayıb.
Məlumata görə, hadisə draq-reysinq yarışı zamanı (düz tras üzrə akselerasiya yarışı – red.) baş verib.
Avtomobillərdən biri idarəetmədən çıxaraq yarışın keçirildiyi yerli hava limanının uçuş-enmə zolağını tərk edib və dayanmış avtomobillərə çırpılaraq tamaşaçıları yerə yıxıb.
Qəza nəticəsində 2 nəfər ölüb, daha 8 insan xəsarət alıb. Ölənlərin hər ikisi azyaşlıdır. Dörd nəfər ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb.
Polis qəzanın səbəblərini araşdırır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button