Dünya

ABŞ, Aİ və NATO Əfqanıstandakı hadisələrdən narahatdır

ABŞ, Avropa İtifaqı və NATO Əfqanıstanda şiddətin artmasından və “Taliban” hərəkatının hücumlarında narahatdır və ölkədə əhatəli sülh prosesini dəstəkləyir.
“Report” xəbər verir ki, bu, ABŞ, Aİ, NATO, Fransa, Almaniya, İtaliya, Norveç və İngiltərə tərəfindən qəbul edilən ABŞ-Avropa kommyunikesində bildirilir.
Sənəd bu ölkələrin, beynəlxalq strukturların xüsusi nümayəndələri və xüsusi elçilərinin 22 iyul tarixində Romada keçirilən görüşündən sonra qəbul edilib. Eyni zamanda, iştirakçılar Əfqanıstandakı hərtərəfli sülhün əldə edilməsi üçün üçüncü tərəflərin vasitəçiliyini dəstəklədiklərini də qeyd ediblər.
ABŞ və Avropa ölkələri Əfqanıstandakı tərəfləri bu ölkədəki xarici diplomatik nümayəndəliklərin, hava limanlarının, qeyri-hökumət təşkilatlarının və medianın təhlükəsizliyini təmin etməyə çağırıblar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button