Dünya

ABŞ Əşrəf Qəninin Əfqanıstanı tərk etməsini araşdırır

ABŞ hakimiyyəti Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qəninin ölkədən qaçarkən milyonlarla dolları özü ilə aparmasını araşdırır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ hökumətinin Əfqanıstanın yenidən qurulması üzrə baş müfəttişi Con Sopko bildirib.
“Biz bunu hələ sübut edə bilməmişik, ancaq araşdırırıq. Bunu bizdən ABŞ Konqresi Nümayəndələr Palatasının komitəsi istəyib”, – o, konqresdəki dinləmələrdə bildirib.
Qeyd edək ki, “Taliban”ın Əfqanıstanı ələ keçirməsi nəticəsində devrilmiş Prezident Əşrəf Qəninin ölkəni tərk edərkən özü ilə dövlət xəzinəsində 169 milyon dollar apardığına dair məlumat yayılmışdı. Bundan başqa, onun adından “Taliban”ı tanmağa çağıran bəyanatın paylaşımı edilmişdi. Əşrəf Qəni barəsində yayılan hər iki xəbəri təkzib edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button