Dünya

ABŞ əfqanların təxliyəsini bərpa edib

Amerika hökuməti Əfqanıstan vətəndaşlarının ABŞ -a təxliyəsini bərpa edib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ ordsunun generalı Kori Martin deyib.
Onun sözlərinə görə, evakuasiya əməliyyatı əfqanlar arasında qızılca xəstəliyinin aşkarlanması səbəbindən dayandırılmışdı:
“Hələ də Amerika Birləşmiş Ştatları xaricində Əfqanıstan təxliyə edilən 10 000 – 15 000 əfqan var. Onlar ABŞ-a köçürüləcəklər. Evakuasiya edilənlərin hamısı qızılca və məxmərək əleyhinə peyvənd edilib. Peyvəndin 21 günlük gözləmə dövrü Avropanın bir çox nöqtələrində və Mərkəzi Komandanlıqda sona çatıb.
Beləliklə, çərşənbə axşamı (5 oktyabr – Red) Avropadan Filadelfiyaya ilk reys həyata keçirilib. Bu gün iki uçuş baş tutub. Artıq Avropa Komandanlığı və Mərkəzi Komandanlığın təxliyə edilənlərin ABŞ-a çatıdırlması prosesi yenidən başlayıb”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button