Dünya

ABŞ Əfqanıstanı koronavirusa qarşı peyvəndlə təmin edəcək

ABŞ Əfqanıstanı koronavirusa qarşı peyvəndlə təmin etməyə hazır olduğunu açıqlayıb.
“Report” RBC-yə istinadən xəbər verir ki, bunu “Taliban” hökumətində xarici işlər naziri vəzifəsini icra edən Molla Amir Xan Muttaki Dohada Amerika nümayəndə heyəti ilə görüşdən sonra bildirib.
Muttakinin sözlərinə görə, danışıqlar humanitar yardım və “Taliban”la ABŞ arasındakı müqavilənin müddəalarının yerinə yetirilməsinə yönəlib.
Bundan əlavə, “Taliban” nümayəndələri amerikalı diplomatlardan Əfqanıstan Mərkəzi Bankının ehtiyatlarına qoyulan məhdudiyyətlərin qaldırılmasını istəyiblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button