Dünya

ABŞ Əfqanıstana “Taliban” vasitəsilə yardım etməyəcək

ABŞ hakimiyyəti Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı vasitəsilə birbaşa olaraq bu ölkəyə yardım göndərmək niyyətində deyil. Bunu “CNN” telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Hazırda ABŞ Əfqanıstana humanitar yardım göstərən ən böyük donordur:

“Təkcə bu il biz beynəlxalq və qeyri-hökumət təşkilatları vasitəsilə yarım milyard dollara yaxın maliyyə vəsaiti ayırmışıq. Biz hələ ki, Əfqanıstanın hazırkı rəhbərliyinə (“Taliban”-Red) birbaşa pul təmin etmək iqtidarında deyilik. İnklüziv hökumətdən tutmuş onlarla müntəzəm müzakirə etdiyimiz digər elementlərə qədər hər şeyə yanaşmada əhəmiyyətli təkmilləşməni görənə qədər diqqətimizi beynəlxalq və qeyri-hökumət təşkilatları vasitəsilə maliyyələşdirməyə yönəltməkdə davam edəcəyik”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button