İdman

Abramoviç futbol klublarının ən zəngin sahibləri siyahısından çıxarılıb

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç daha ən zəngin futbol klubu sahibləri sırasında yer almır.

“Report”un məlumatına görə, 56 yaşlı funksioner “Forbes”in yeni siyahısından çıxarılıb.

Rusiya Federasiyası və prezident Vladimir Putinlə əlaqələr ucbatından tətbiq edilmiş sanksiyalar üzündən onun kapitalı 15 milyard ABŞ dollarından 6,9 milyard dollaradək azalıb.

Abramoviç Rusiyanın ən zəngin iş adamlarının siyahısında isə 12-ci yerdən 17-ci sıraya düşüb. O, ümumi siyahıda 351-cidir.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button