ManşetSiyasət

Abdullahian İranla Azərbaycan arasında gərginliyin sona çatmasını elan etdi

Azərbaycanla İran arasında açıq müstəvidə getmiş gərginlik mərhələsi başa çatıb. TASS xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarının olduğuna diqqət çəkib.

“Düşünürəm ki, biz açıq gərginlik mərhələsini arxada qoyduq”, – İran XİN rəhbəri qeyd edib.

İranlı nazir vurğulayıb ki, ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button