İdman

Abdullah Zubir Azərbaycanda ilin ən yaxşı əcnəbi futbolçusu seçilib

Azərbaycanda ilin ən yaxşı əcnəbi futbolçusu müəyyənləşib.

Bu, İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2021” layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

“Qarabağ”ın Mərakeş əsilli fransalı yarımmüdafiəçisi Abdullah Zubir 26 səslə bütün rəqiblərini qabaqlayıb. Onun Ağdam klubundan komanda yoldaşları Kadi Borges 12 xalla ikinci, Kevin Medina 6 xalla 3-cü olub. “Neftçi”dən Mamadu Kane və “Zirə”dən Davit Volkov hərəyə 4 səs toplayıb. Flaqmanın digər oyunçuları Sabir Buqrinə 2, Yusuf Lavala isə 1 səs veriblər.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button