Gündəm

885 gündəlik yoluxma aşkarlanıb, 22 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 2 min 114 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 22 nəfər də vəfat edib.

Qərargahdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 482 min 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 min 82-si sağalıb, 6 min 498-i vəfat edib, aktiv xəstə sayı isə 20 min 706-ya düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button