Gündəm

826 gündəlik yoluxma aşkarlanıb, 15 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 826 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 1597 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 5-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 15  nəfər vəfat edib.

Qurumdan açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 487 min 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 467 min 043-ü sağalıb, 6599-u vəfat edib, aktiv xəstə sayı 13 min 562-ə düşüb.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 201, ötən müddət ərzində isə ümumilikdə 4 milyon 902 min 328 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button