69 gündəlik yoluxma aşkarlanıb, 3 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
69 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 40 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyulun 12-də habelə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib.
Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 337 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 802-i sağalıb, 4987-i vəfat edib, aktiv xəstə sayı isə 1534-ə yüksəlib.
Qurum qeyd edir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6271, ötən müddət ərzində isə ümumilikdə 3milyon 858 min 551 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
AZADLİQ.ORG