Gündəm

689 gündəlik yoluxma aşkarlanıb, 18 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 1 min 816 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 18 nəfər də vəfat edib.

Qərargahdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 484 min 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 min 738-i sağalıb, 6 min 543-ü vəfat edib, aktiv xəstə sayı 17 min 310-a düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button