Gündəm

671 yeni yoluxma qeydə alınıb, 4 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 adam yoluxub, bu virusa yoluxanlrdan 202 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün, avqustun 1-də məlumat yayıb. Bu virusla bağlı analiz nümunələri müsbət çıxan 4 xəstənin də vəfat etdiyi qeyd edilir.

Operativ Qərargah məlumatına görə, Azərbaycanda indiyə qədər 344 520 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb.

Onlardan 333 128 nəfərin sağaldığı, 5 027 pasiyentin vəfat etdiyi bildirilir. Hazırda aktiv xəstə sayının 6 365-ə yüksəldiyi açıqlanıb.

Bildirildiyinə görə, eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 400, indiyə qədər isə 4 043 740 test icra olunub.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button