Gündəm

668 yeni yoluxma qeydə alınıb, 3 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına  668 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 178 nəfər sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 30-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. 

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 343216  nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752-i sağalıb, 5022-ı vəfat edib, aktiv xəstə sayı 54424-ə yüksəlib. 

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə 9881, ötən müddət ərzində isə ümumilikdə 4023954 test aparılıb. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button