İqtisadiyyat

627 müəllim güzəştli ipoteka alıb

2021-2021-ci ildə ümumilikdə 627 müəllim güzəştli ipoteka əldə etmək hüququndan yararlanıb.

APA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, 2020-ci ildə 197, 2021-ci ildə isə 430 müəllim güzəştli şərtlərlə ipoteka krediti alıb.

Qeyd edək ki, Gənc ailə üzvü olan və azı 3 il məktəbdə müəllim işləyənlər, həmçinin gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumtəhsil müəssisəsində işləyən şəxslər güzəştli şərtlərlə ipoteka krediti əldə edə bilərlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button