Gündəm

615 yeni yoluxma qeydə alınıb, 5 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına  615 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 181 nəfər sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 29-da habelə verilən məlumata görə, bu virusla bağlı analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib. 

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 342 548  nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574-ü sağalıb, 5019-ı vəfat edib, aktiv xəstə sayı 4 955-ə yüksəlib. 

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 423, indiyə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button