GündəmManşet

“5 maddəlik sənəddə Zəngəzur dəhlizi məsələsi də var” – Malxasyan

Azərbaycanın Ermənistana 5 maddəlik təklif göndərməsi erməni cəmiyyətində maraqla qarşılanıb. AzVision.az xəbər verir ki, yerli media, siyasətçilər rəsmi Bakının bu siyasi gedişinin regionda yeni proseslərin başlanmasından xəbər veridiyini yazır.

Məsələni şərh edən siyasi şərhçi Derenik Malxasyanın sözlərinə görə, müharibənin bitməsindən 2 il keçməsinə baxmayaraq, hələ də Bakı İrəvan üzərində diktə edən tərəf kimi çıxış edir.

“Azərbaycan Ermənistana beş maddəlik təklif göndərib- Kapitulyasiya davam edir? Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, ölkəsi münasibətlərin normallaşması üçün Ermənistana 5 bəndlik sənəd göndərib və qarşı tərəfdən cavab gözləyirlər. Burada ən azı iki məqamı təxmin etmək çətin deyil. Birincisi, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımaq. İkincisi isə Zəngəzur dəhlizini təmin etmək”, – erməni siyasi analitik deyib.

Bəzi saytlar isə İrəvanın məlum sənədə müsbət cavab versə belə, bunu xalqla müzakirə etməyəcəyini yazıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ermənistanla münasibətlərin normallaşması ilə bağlı qarşı tərəfə 5 maddədən ibarət təklif göndərdiyini və hazırda bununla bağlı cavab gözlədiyini bəyan edib. Onun sözlərinə görə, Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir.

“Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə heç bir cavab verilmir. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Əgər Ermənistan artıq atəşkəs üzərində işləməyə hazır olmadığını düşünsə, təklif çox əhatəli sənəd ola bilər, çünki biz Ermənistan tərəfinə mahiyyətcə ölkələr arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsipləri təklif etmişik.

Biz dövlətlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı əsas prinsiplərə və ənənələrə uyğun olaraq rəy bildirmişik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımları atacağıq”, – nazir deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button