Siyasət

5 erməni əsirə qarşılıq niyə bir azərbaycanlı dəyişdirildi? – AÇIQLAMA

5 erməni əsirinin İrəvana təhvil verilib, qarşılığında 1 azərbaycanlı əsirin dəyişdirilməsi ilə bağlı hər hansı bir normativdən söhbət gedə bilməz.

Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, əgər dövlət belə bir qərar qəbul edibsə, deməli, bu qərarı qəbul etmək üçün əsas var:

“Konkret olaraq hər bir əsirlə bağlı istintaq materialları var. Bu addımlara onların törətdikləri cinayətin ağırlığı və s. məsələləri təsir edir. Bu məsələlərə kompleks şəkildə baxılır. 

Sülhməramlı qüvvələrin, digər təşkilatların və Azərbaycanın da məqsədi ondan ibarətdir ki, bu məsələlər müəyyən bir şəkildə Azərbaycanla Ermənistan arasındakı sülhün bərqərar edilməsi istiqamətində getsin. Ona görə də atılan addımlar da məhz buna hesablanıb. Biz bilmirik, əsirlərin bu cür dəyişdirilməsinin altında nə var. Ola bilsin, nəyisə əldə etmək üçün bu belə edilir. Bilirik ki, indi çox məsələlər hələ işıqlandırılmır, onlar barədə bir kəlmədə danışılmır. Əsirlərin dəyişdirilməsi, məsələn, ola bilər ki, müəyyən bir ərazinin mina sahələri ilə bağlı sənədlərin əldə edilməsi məqsədi daşıyır. Və yaxud Dağlıq Qarabağda ermənilərin yaşadıqları ərazilərin həll edilməsi üçün belə edilir. Sərhədlərlə də bağlı ola bilər. Hətta bilirsiniz ki, Zəngilan istiqamətində bəzi yaşayış məntəqələrindəki sərhəddimiz artıq bərpa olunur, delimitasiya məsələsi ilə bağlı bəzi yaşayış məntəqələri boşaldılır. 

Əgər dövlət belə bir qərar qəbul edibsə, deməli, bu qərarı qəbul etmək üçün əsas var. Ancaq bu qərarın altında hansı planlar var, onu biz bilmirik və o açıqlanmır. Bu qərarı dövlət verib. Prinsipcə, biz o əsirləri burada saxlamaqla nə əldə edirik? Ancaq onlar müəyyən məqsədlərimiz üçün bizə lazım ola bilər. Bu məsələyə belə yanaşılmada, deməli, hansısa məsələlərin həll edilməsi nəzərdə tutulub. Məsələn, niyə məhz 5 nəfər, niyə yerdə qalan 60-a yaxın əsir yox? Bu qərarı verən dövlət qurumları bunu müəyyən məlumat üzrə veriblər. İstintaq aparılıb, istintaqın nəticələri bəllidir və artıq aparılan araşdırmalara görə məhz onların qaytarılması ilə bağlı qərar qəbul olunub. Hər bir atılan addımda əsas məsələ sülhün bərqərar olması, bu istiqamətdə müəyyən məsələlərin inkişaf etdirilməsinə hesablanıb. Bu da o addımlardan biridir”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button